...

DİM: 2 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub

Cəmiyyət Materials 20 Avqust 2020 16:12 (UTC +04:00)
DİM: 2 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub

Bakı. Trend:

20 avqust 2020-ci il tarixində şəhər və rayonların imtahan qrafikinə uyğun olaraq I və IV ixtisas qrupları ali təhsil müəssisələrinə qəbul imtahanları keçirilib.

Mərkəzdən Trend-ə verilən məlumata görə, imtahanlar 16 şəhər və rayonda təşkil olunub.

İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub.

İlkin məlumatlara əsasən, 2 nəfərin bədən hərarəti yüksək olduğu üçün binada olan təcili tibbi yardım üzrə həkimin rəyinə uyğun olaraq imtahana buraxılmayıb. 2 nəfərdə isə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti