...

Azərbaycanda 133 nəfər koronavirusa yoluxdu, 86 nəfər sağaldı, 2 nəfər vəfat etdi

Cəmiyyət Materials 25 Avqust 2020 16:09 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 133 yeni yoluxma faktı qeydə alınıb, 86 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 35 559 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 33 190 nəfər müalicə olunaraq sağalıb, 521 nəfər vəfat edib, aktiv xəstə sayı 1 848 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 612 ötən müddət ərzində isə ümumilikdə 885 279 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti