...

Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə bu dəfə həndbol üzrə inkluziv idman yarışları keçirilib (FOTO)

Cəmiyyət Materials 5 Sentyabr 2020 17:38 (UTC +04:00)
Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə bu dəfə həndbol üzrə inkluziv idman yarışları keçirilib (FOTO)

Bakı. İlhamə İsabalayeva - Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə Azərbaycan Xüsusi Olimpiya Komitəsi bu dəfə qızlar arasında həndbol üzrə inkluziv idman yarışları təşkil edib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Şağan Olimpiya İdman Kompleksinin açıq meydançasında keçirilən yarışlarda dövlət uşaq müəssisələrindən olan uşaqlardan, o cümlədən sağlamlıq imkanları məhdud uşaqlardan ibarət 20-dən çox komanda iştirak edib.
Yarışların qalibləri Sosial Xidmətlər Agentliyi və Xüsusi Olimpiya Komitəsi tərəfindən mükafatlandırılıb.

Bundan iki gün əvvəl isə hər iki qurum qaçış növü üzrə inkluziv idman yarışları keçirib.
2021-ci ilin beynəlxalq yarışlarına hazırlıq xarakteri daşıyan bu tədbirlərdə məqsəd həmin uşaqların idmana, Xüsusi Olimpiya hərəkatına marağının artırılması, onlar arasında bədən tərbiyəsi və idmanın təbliği, cəmiyyətə inteqrasiyasının dəstəklənməsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti