...

Jurnalistlər üçün onlayn formatda təlimlər başlayıb

Cəmiyyət Materials 10 Sentyabr 2020 15:27 (UTC +04:00)
Jurnalistlər üçün onlayn formatda təlimlər başlayıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən jurnalistlər üçün xarici təlimçilərin iştirakı ilə onlayn formatda təlimlər başlayıb.

KİVDF-dən Trend-ə bildirilib ki, “Müasir dövrdə mətbuatın əsas funksiyaları: məlumat istehsalı və emalı” mövzusunda reallaşan ilk onlayn təlim Türkiyənin tanınmış media təlimçisi – Marmara Üniversitetinin müəllimi, rəqəmsal media araşdırmaları, PR və kommunikasiya üzrə ekspert Ali Murat Kırık tərəfindən təqdim olunub. Təlimdə müasir dövrdə mətbuatın əsas funksiyalarından bəhs olunub, məlumat istehsalı ilə bağlı ən yeni metodlar nümayiş etdirilib və xəbər emalı zamanı diqqət tələb edən məqamlara toxunulub, adıçəkilən mövzu üzrə media nümayəndələrinin sualları cavablandırılıb.

Qeyd edək ki, təlimdə televiziya, radio, onlayn media, qəzet və jurnalları təmsil edən 25-dən çox jurnalist iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti