...

Təhsil naziri məktəbin 3-cü mərtəbəsindən yıxılan şagirdə baş çəkib (FOTO)

Cəmiyyət Materials 10 Sentyabr 2020 17:19 (UTC +04:00)
Təhsil naziri məktəbin 3-cü mərtəbəsindən yıxılan şagirdə baş çəkib (FOTO)

Trend-i buradan izləyin

Bakı. İlhamə İsabalayeva - Trend:

Sentyabrın 10-da Təhsil naziri Emin Əmrullayev üç gün əvvəl müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilən Bakı şəhəri 313 nömrəli tam orta məktəbin şagirdi Solmaz Hacıyevaya baş çəkib.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, məktəblinin müalicəsinin gedişi ilə maraqlanan Təhsil naziri şagirdin valideynləri və həkimlərlə görüşərək onlarla söhbət edib.

E.Əmrullayev şagirdin tez sağalması və normal həyata qayıtması üçün lazımi dəstək göstəriləcəyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti