...

10-11 sentyabr vakansiya seçimlərinin nəticələri açıqlanıb

Cəmiyyət Materials 14 Sentyabr 2020 19:58 (UTC +04:00)
10-11 sentyabr vakansiya seçimlərinin nəticələri açıqlanıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Cari ilin 10-11 sentyabr tarixlərində Azərbaycan dili (dövlət dili kimi), alman dili, ingilis dili, kimya, riyaziyyat və texnologiya fənləri üzrə keçirilən vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb.

Təhsil Nazirliyindən Trend-ə bildirilib ki, elektron yerləşdirmənin nəticələri barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib. Nəticələrə əsasən, 1585 namizəd vakant yer tutub.

Vakant yer tutmuş namizədlər 17 sentyabr saat 18:00-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), 4 ədəd fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi, şəxsi səhifədə işə qəbulun nəticəsinə dair çıxarış) aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər.

Qeyd olunan tarixədək sənədlərini müvafiq yerli təhsili idarəetmə orqanına təqdim etməyən şəxslər tutduğu vakant yerdən imtina etmiş hesab olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti