Milli Məclisin Gənclər və idman komitəsinin iclası keçirilib (FOTO)

Milli Məclisin Gənclər və idman komitəsinin iclası keçirilib (FOTO)

Bakı. Elçin Mehdiyev - Trend:

Milli Məclisin Gənclər və idman komitəsinin iclası keçirilib.

Milli Məclisdə Trend-ə verilən məlumata görə, parlament sədrinin müavini, komitə sədri Adil Əliyev yeni sessiyanın başlaması münasibəti ilə deputatları təbrik edib, işlərində uğurlar arzulayıb. Diqqətə çatdırıb ki, iclasda 2020-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində görülən işlər barədə hesabata və payız sessiyası üçün iş planının layihəsinə baxılacaq. Komitə sədri qeyd etdi ki, ölkəmizdə COVİD 19 pandemiyası ilə bağlı mübarizədə Milli Məclis çox böyük işlər gördü.

Milli Məclisin Sədr müavini Adil Əliyev vurğuladı ki, Prezident İlham Əliyevin VI Çağırış Milli Məclisin iclasındakı nitqi tarixi bir çıxış, ümumilikdə parlament və hər bir millət vəkilinin gələcək fəaliyyəti üçün “yol xəritəsi”dir.

Sonra komitə sədri bildirib ki, 2020-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə komitənin 6 onlayn iclası keçirilib. Komitədə 2 qanun layihəsi üç oxunuşda müzakirə olunaraq, plenar iclasa tövsiyə edilib və Milli Məclis tərəfindən qəbul olunub. Bu sənədlər bir sıra məcəllələrə və qanunlara dəyişikliklərin edilməsi ilə bağlı olub.

Sessiyalar ərzində komitəyə vətəndaşlardan, idarə və təşkilatlardan ümumilikdə 207 məktub və sənədlər daxil olub. Sessiya müddətində 1597 nəfərin sosial şəbəkələr üzərindən elektron müraciəti qeydə alınıb, 1548 məsələ artıq öz həllini tapıb. Daxil olan 204 şifahi müraciətin 146-sı həll olunub. Vətəndaşların müraciətlərində məşğulluq, məişət, sağlamlıqla bağlı problemlər, abadlıq işləri, maddi yardım, bank kreditləri, gənclər və idman sahəsinə aid məsələlər yer alıb.

Komitə sədri məlumat verib ki, onun tərəfindən cari ilin ilk 6 ayı ərzində fərdi olaraq 660 vətəndaş qəbul edilib. Vətəndaşların qaldırdığı məsələlərin bir çoxu öz müsbət həllini tapıb.

Diqqətə çatdırılıb ki, hesabat dövründə pandemiya şəraiti də nəzərə alınaraq komitənin təşkilatçılığı və iştirakı ilə bir çox tədbirlər həyata keçirilib. Belə ki, Gənclər və idman komitəsinin təşəbbüsü ilə İctimai Televiziyanın efirində tanınmış idmançıların qatıldığı “Ulduzla hərəkət et” verilişi fəaliyyətə başlayıb. Mədəniyyət Nazirliyinin və “Kreativ Azərbaycan” portalının elan etdiyi “Evdə qal, evdə yarat” aksiyasında iştirak edən istedadlı gənclərə dəstək verilib. “Yaşamaq yaşatmaq qədər gözəldir” adı altında qanvermə aksiyası keçirilib. “Könüllülər ili” və gənclər təşkilatının fəaliyyətinə həsr olunmuş onlayn konfrans, Yeni Azərbaycan Partiyasının və partiyanın Gəncə şəhər təşkilatının birgə təşəbbüsü ilə "Pandemiya dövründə gənclərin asudə vaxtının təşkili" mövzusunda görüş təşkil olunub. Parlamentdə könüllülərlə işin təkmilləşdirilməsi məqsədilə “Parlament könüllüsü” layihəsi hazırlanıb. Qəbul imtahanlarında yüksək bal toplayan tələbələrlə görüşüb. Bundan əlavə, Gənclər və idman komitəsi və Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Vətənpərvər məktəblilər” layihəsinə başlanılıb.

Bildirilib ki, sessiya ərzində komitə sədri Milli Məclisin Sədri Sahibə Qafarovanın bitərəf deputatlarla onlayn görüşündə, Diasporla İş üzrə Dövlət Komitəsinin, Azərbaycanın Türkiyədəki səfirliyinin və Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) təşkilatçılığı ilə 28 May – Respublika Gününə həsr edilmiş onlayn simpoziumda iştirak edib. Adil Əliyev “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif edilib.

15 iyun - Milli Qurtuluş Günü münasibətilə gənclərlə onlayn konfrans, “Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının xilaskarıdır” adlı esse müsabiqəsinin iştirakçıları ilə onlayn görüş keçirilib. Komitə sədri mütəmadi olaraq videokonfrans vasitəsilə seçiciləri qəbul edib.

Bildirilib ki, Milli Məclis Sədrinin müavini Adil Əliyev cari ilin iyun ayında Azərbaycanın Tovuz rayonu istiqamətində Ermənistan tərəfindən törədilən təxribatla bağlı bu bölgəyə səfər edib, buradakı vəziyyətlə yaxından tanış olub. Ermənistan tərəfinin 12 iyul tarixindən başlayaraq ölkəmizin sərhədlərində etdiyi təxribatlar barədə geniş ictimaiyyəti məlumatlandırmaq məqsədi ilə Almaniyanın Köln şəhərində onun iştirakı ilə tədbir keçirilib.

Komitə sədri bildirib ki, o, hesabat dövründə müxtəlif KİV vasitələrində, televiziya kanallarında ölkədə və dünyada baş verən hadisələrə dair öz fikirlərini açıqlayıb, aktual mövzularda müsahibə və məqalələrlə çıxış edib. Onun 12 iyul Tovuz təxribatı ilə bağlı dünyanın 9 ölkəsində və 30-dan çox media qurumunda türk, ingilis, rus, alman, ərəb və koreya dillərində məqalələri çap edilib.

Sonra komitənin 2020-ci il payız sessiyası üçün iş planı təqdim edilib. Qeyd olunub ki, sessiya zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci ilin “Könüllülər ili” elan olunması ilə bağlı sərəncamına uyğun olaraq gənclər sektorunda maarifləndirmə işinin təşkili, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət proqramına əsasən normativ hüquqi aktların gənclərlə bağlı müddəalarının təhlili, bir sıra qanunların, o cümlədən "Könüllü fəaliyyəti haqqında" qanuna dəyişiklik barədə, “Xeyriyyəçilik fəaliyyəti haqqında” və digər qanunların müzakirəsi, Gənclər gününə həsr olunmuş ictimai dinləmənin keçirilməsi nəzərdə tutulub.

Payız sessiyasında, həmçinin, “Deputat könüllüləri” layihəsinin icrası, Parlament könüllülərinin yaradılması istiqamətində tədbirlər, habelə şəhid ailələri, müharibə veteranları, Azərbaycan Gənc Müəllimlər Asossasiyasının üzvləri, əsgərlər və idmançılarla bir sıra görüşlər planlaşdırılır. Komitə üzvləri, eyni zamanda, işğal altında olan ərazilərimizdə vəziyyətin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması istiqamətində aktiv fəaliyyət göstərəcəklər.

Könüllülər barədə məlumat verən komitə sədri qeyd etdi ki, millət vəkillərinin yerlərdə könüllülərinin olması, hər bir deputatın ən az 3-5 könüllünü seçməsi çox müsbət hal olardı. Ümumilikdə, 125 deputatın bir yerdə mindən artıq könüllüsünün olması, onların da dövlətin, dövlətçiliyin inkişafında, möhkəmləndirilməsində fəaliyyətə cəlb olunması çox vacibdir.

Sonra Gənclər və idman komitəsinin sədr müavini Şahin İsmayılov, deputatlar Etibar Əliyev, Vüqar İskəndərov, Cavid Osmanov, Ülvi Quliyev, Şahin Seyidzadə, Sevinc Hüseynova və Müşfiq Cəfərov iclasda çıxış edərək, hesabat və iş planı barədə, bir sıra digər məsələlərlə bağlı öz fikirlərini bölüşüblər.

İclasda komitənin 2020-ci il yaz və növbədənkənar sessiyalarında fəaliyyəti məqbul sayılıb, payız sessiyanın iş planı təsdiqlənib.

"Twitter"in işində nasazlıqlar yaranıb
"Twitter"in işində nasazlıqlar yaranıb
Oktyabrın 23-də manatın dollara qarşı məzənnəsi
Oktyabrın 23-də manatın dollara qarşı məzənnəsi
Azərbaycanın İranla həmsərhəd bölgəsinin işğaldan azad edilməsi iki ölkənin əlaqələrini inkişaf etdirəcək - Nazir
Azərbaycanın İranla həmsərhəd bölgəsinin işğaldan azad edilməsi iki ölkənin əlaqələrini inkişaf etdirəcək - Nazir
Loading Bars
Xəbər lenti
İsrail Qəzza zolağında HƏMAS-ın mövqelərinə zərbələr endirib
Kolumbiyada asma körpü uçub, 5 nəfər həlak olub
Putin S-400-ü dünyanın ən yaxşı HHM sistemi adlandırdı
Moskvada koronavirusdan daha 62 nəfər ölüb
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 423 mindən çox artıb
Qəzza zolağından İsrail ərazisinə raket atılıb
ANAMA cəbhəboyu ərazilərdə minaatan mərmisi, mərmi qalıqları aşkar edib (FOTO)
"Twitter"in işində nasazlıqlar yaranıb
Avropa Liqası: "Qarabağ" qrup mərhələsində ilk matçını keçirdi
Minsk Qrupunun rusiyalı həmsədri Dağlıq Qarabağ üzrə görüşlərdə iştirak etmək üçün Vaşinqtona yollanıb
Polşada azərbaycanlı gənclərin icazəli aksiyası zamanı ermənilər təxribat törədib (FOTO)
RSXM-nin Gənc Alim və Mütəxəssislər Şurasının onlayn iclası keçirilib (FOTO)
Türkiyədə koronavirusdan sağalanların sayı 310 mini ötüb
Ermənistan növbəti itkilərini açıqlayıb
Rusiya Prezidenti: Həmsədrlər kimi danışıqlar prosesinin təşkilinə görə bizim üzərimizə məsuliyyət düşür
Elə vəziyyətə gəlib çatmamalıyıq ki, xəstəlik Orduya gedib çıxsın - Səhiyyə Nazirliyi
UEFA Avropa Liqası: “Makkabi” və “Qarabağ” komandalarının start heyəti açıqlanıb
Təhsil naziri YUNESKO-nun növbədənkənar sessiyasında Ermənistanın ölkəmizə təcavüzündən danışıb (FOTO)
Yəhudi əsilli Azərbaycan Əsgəri: Azərbaycan bizim evimizdir, vətənimizdir (VİDEO)
Arzu Nağıyev: Bugün KİV-lərin obyektivliyi və dəqiqliyi sayəsində Azərbaycan reallıqlarını dünyaya çatdırmaq mümkün olur
Budapeşt şəhərində Gəncə terroruna etiraz aksiyası keçirilib (FOTO)
Azərbaycan ərazisinin əhəmiyyətli bir hissəsinin itirildiyi vəziyyət əbədi davam edə bilməz - Putin
Birinci vitse-prezident Mehriban Əliyeva: Bu gün Prezident İlham Əliyev başda olmaqla Azərbaycan xalqı yeni tarix yazır (MÜSAHİBƏ)
Ərdoğan və Ruhani Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər
Ermənistana qarşı sanksiyalar tətbiq olunmalıdır - Livanlı vəkil
Düşmənin çox sayda hərbi texnikası və canlı qüvvəsi darmadağın edilib (VİDEO)
Beynəlxalq təşkilatlar rayonlarımızın raket zərbələrinə məruz qalması barədə məlumatlandırılıb (FOTO)
Azərbaycan Ordusu qələbə əzmi ilə döyüşləri davam etdirir - Anar Eyvazov
Azərbaycan Bayrağı Zəngilanın Ağbənd qəsəbəsində (VİDEO)
Fransada vağzal təxliyə olunur
Prezident İlham Əliyev: Azərbaycan və İran İslam Respublikası dövlət sərhədi tam nəzarətə götürülüb
Prezident İlham Əliyev: Zəngilanın Ağbənd qəsəbəsi və 13 kəndi işğaldan azad edildi
Prezident İlham Əliyev: Azərbaycan Ordusu Füzuli rayonunun 3, Cəbrayıl rayonunun 4 kəndini işğaldan azad edib
Prokurorluq Zəngilanda Azərbaycan Bayrağı qaldırılan yer barədə məlumat yaydı (VİDEO)
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Prezident İlham Əliyevə məktub ünvanlayıb
Azərbaycan Ordusunda mənəvi psixoloji vəziyyət çox yüksək səviyyədədir (VİDEO)
Qəbələ və İsmayıllıda zəlzələ olub
AQTA könüllüləri ərzaq mağazalarında maarifləndirmə tədbirləri aparıb (FOTO)
Milli Məclisin növbəti iclasının gündəliyi məlum olub
Rusiya Dağlıq Qarabağda tənzimləmə üzrə fəal səyləri davam etdirir - Mariya Zaxarova
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin kampaniyasına dünyanın nüfuzlu elm adamları və ziyalıları da qoşulub (FOTO)
Azərbaycan böyük qələbələrə doğru addımlayır - Pərvin Kərimzadə
Artım belə davam edərsə, yaxın günlərdə sutkalıq yoluxma sayı 1000-i ötə bilər - Mütəxəssisdən xəbərdarlıq
Səbinə Əliyeva və İƏT Ombudsmanlar Assosiasiyasının prezidenti Gəncədə birgə faktaraşdırıcı missiya həyata keçirib (FOTO)
Oktyabrın 23-də manatın dollara qarşı məzənnəsi
ANAMA Ermənistandan Kürdəmirə atılan raketlə bağlı məlumat yaydı (FOTO)
Paytaxt sakinləri karantin qaydalarına necə əməl edir? FOTOREPORTAJ
Gəncədə mülki əhaliyə qarşı törədilən cinayətləri heç faşizmlə də müqayisə etmək olmaz - Yəhudi Dini İcmasının sədri
Azərbaycan Əsgərinin sizə müraciəti var (VİDEO)
Moskvada terror aktının qarşısı alınıb
Azərbaycanın İranla həmsərhəd bölgəsinin işğaldan azad edilməsi iki ölkənin əlaqələrini inkişaf etdirəcək - Nazir
29 ictimai iaşə obyektində kobud qayda pozuntuları aşkarlanıb
Müddətli həqiqi hərbi xidmətə çağırılan gənclər cəmiyyətə müraciət etdilər (FOTO)
İndi baş verənlər Minsk qrupunun fəaliyyətindəki səriştəsizliyin nəticəsidir - Oljas Suleymenov
Azərbaycanın haqq savaşına qarşı çıxan "Meydan TV" erməni lobbisinin tezisləri əsasında işləyir - Ekspert
"Karabakh is Azerbaijan" yazılı avtomobil Londonda Ermənistan səfirliyinin qarşısında (FOTO/VİDEO)
Sülhməramlıların yerləşdirilməsi Azərbaycan torpaqlarının tam azad olunmasından sonra mümkün ola bilər - Deputat
Artilleriyaçılarımız düşmənə dəqiq zərbələr endirməyə davam edir - MN (VİDEO)
Türkiyənin Baş Ombudsmanı Gəncədə erməni vəhşiliyi ilə tanış olub
Respirator xəstəliklərin yayılmasında artım olacaq - Səhiyyə Nazirliyi
Kreml Qarabağda Rusiya desantı olması ehtimalını təkzib edib
Kamran Əliyev Tacikistanın Azərbaycandakı səfiri ilə görüşüb (FOTO)
Azərbaycan Ordusu BMT TŞ tərəfindən qəbul olunmuş qətnamələrin icrasını təmin edir - Vüqar Rəhimzadə
İƏT Parlament İttifaqından Azərbaycana dəstək: Ermənistanın Gəncəyə terror hücumu pisləndi
Dağlıq Qarabağ münaqişəsi Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsi büro iclasında müzakirə edilib (FOTO)
ÜST Dağlıq Qarabağ münaqişəsinə dair bəyanat verib
XİN: Ermənistan XİN-in Paşinyanın mövqeyini “sülhsevər” kimi qələmə verməyə çalışan bəyanatı tamamilə cəfəngiyyatdır
Prezident İlham Əliyev: Əgər Minsk qrupu 30 il ərzində nəticə əldə edə bilmirsə, bu, özü hər şeyi göstərir
BMT-nin Ölkə üzrə İdarə Heyəti Azərbaycanda zərər görmüş insanlara humanitar yardım göstərməyə hazırdır
Azərbaycan Prezidenti: Beynəlxalq müşahidəçilərlə bağlı həlledici sözü biz deməliyik
Bu gün Ali Baş Komandan Azərbaycanın müstəqillik tarixinə yeni şanlı səhifələr yazır - Tamam Cəfərova
Gənclər elə bilirlər ki, xəstəliyi yüngül keçirəcəklər - Yaqut Qarayeva
Prezident İlham Əliyev: Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmadan Ermənistanın gələcəyi yoxdur
Prezident İlham Əliyev: Əgər Ermənistan konstruktiv addımlar atsa və əraziləri boşaltsa, biz bütün kommunikasiyaları açacağıq
İqtisadiyyat İnstitutunda Post-konflikt Ərazilərin Bərpası Elmi Mərkəzi yaradılır
Zəngilan arxeoloji cəhətdən zəif tədqiq olunan rayonlarımızdandır - Arxeologiya və Etnoqrafiya İnstitutu
Prezident İlham Əliyev: Xalq Cəbhəsi və Müsavat partiyası Azərbaycanın milli maraqlarının əleyhinə çıxış edir
“Əsgərə məktub” layihəsi Türkiyə və Rusiya mediasının diqqət mərkəzində (FOTO)
Prezident İlham Əliyev: Ərazilərin azad edilməsi ilə əlaqədar kənd təsərrüfatımızın gələcək inkişafını artıq planlaşdırmağa başlamışıq
İranda koronavirusa yoluxanların sayı 550 min nəfərə çatıb
Azərbaycanda son sutkada 825 nəfər COVID-19-a yoluxub, 171 nəfər sağalıb, 6 nəfər vəfat edib
2020-ci ilin 4-cü rübündə Ermənistanın ÜDM-i 1 milyard dollar azala bilər
Azərbaycan Prezidenti: TAP kəməri ilə bağlı hər şey qrafikə uyğun gedir
Bakı Slavyan Universitetinin əcnəbi tələbələri “Qarabağ Azərbaycandır!” deyir (FOTO)
Prezident İlham Əliyev: Azərbaycan özü döyüşür, bizim heç bir xarici döyüşçüyə ehtiyacımız yoxdur
Yelo Bank program təminatının lisenziyalarının uzadılması üzrə tender keçirir
Prezident İlham Əliyev: Dağlıq Qarabağda heç bir referendum olmayacaq
Azərbaycan Prezidenti: Əgər hər hansı bir ölkə vasitəçi rolunu üzərinə götürürsə, bu ölkə neytral olmalıdır
Koronavirusa yoluxan gənclərdə də ağırlaşmalar ola bilər - Nazirlikdən XƏBƏRDARLIQ
Prezident İlham Əliyev: Beynəlxalq müşahidəçilər və ya sülhməramlı qüvvələr əsas prinsiplərin sonuncu hissəsidir
Prezident İlham Əliyev: Ermənistanın bu hökuməti ilə münaqişənin sülh yolu üzrə nizamlanması perspektivləri çox uzaqdır
Prezident İlham Əliyev: İşğal olunmuş bütün ərazilər qaytarılmalıdır
Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin mahiyyətinə qayıtmağa hazırdır - ABŞ-ın NATO-dakı səfiri
Azərbaycan Prezidenti: Bizim qaçqın və məcburi köçkünlərimiz işğal olunmuş bütün ərazilərə qayıtmalıdırlar
Prezident İlham Əliyev: Əgər bizə hücum olunursa, biz nəinki özümüzü müdafiə etməliyik, eyni zamanda, əks-hücuma da keçməliyik
YAP Gəncədə 10 azyaşlı uşağı və daha 5 ailəni himayəyə götürüb
Trend BİA-nın baş redaktoru “CNN Türk” telekanalına Dağlıq Qarabağda davam edən gərginlik barədə açıqlama verib (FOTO/VİDEO)
Mingəçevir Dövlət Universiteti Elmi Şurasının növbəti iclası keçirilib
Biz ermənilərdən Rusiyanın nə etmək lazım olduğunu eşitməkdən yorulmuşuq - Konstantin Zatulin
Şuşada sonuncu çay - 1992-ci il (FOTO)
Bütün xəbərlər