...

AzEduNet şirkəti Milli Orduya dəstək oldu

Cəmiyyət Materials 1 Oktyabr 2020 16:00 (UTC +04:00)
AzEduNet şirkəti Milli Orduya dəstək oldu

Bakı. Trend:

Azərbaycan Təhsil Şəbəkəsinin operatoru AzEduNet şirkəti Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna 10 000 manat məbləğində vəsait köçürməklə Milli Orduya dəstək oldu. AzEduNet şirkəti cəbhə zonasında ölkəmizin ərazi bütövlüyünün və xalqımızın əmin-amanlığının təmin edilməsi naminə döyüşən hərbçilərimizə mənəvi dəstək olduğunu bildirir. Eyni zamanda, şirkətin əməkdaşları arasında hazırda cəbhədə gedən hərbi əməliyyatlarda iştirak üçün konüllü olaraq ordu sıralarına qoşulanlar da var.

Xalqımıza Qarabağımızın tezliklə düşmən tapdağından azad olunmasını və qələbə sevincini yaşamağı arzu edirik!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti