...

Azərbaycanda 1 138 nəfər adını, ata adını və soyadını dəyişib

Cəmiyyət Materials 5 Oktyabr 2020 17:20 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda bu ilin 8 ayında qeydiyyat orqanlarında 1 138 adın, ata adının və soyadın dəyişdirilməsi dövlət qeydiyyatına alınıb.

Bunu Trend-in sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən bildirilib.

Qeyd edək ki, 2019-cu ildə qeydiyyat şöbələrində 2 689 adın, ata adının və soyadın dəyişdirilməsi faktı qeydə alınıb və bu proses vətəndaşların istəyinə, ərizəsinə əsasən həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti