...

İndi COVİD-19-a yoluxanlarda xəstəliyin daha ağır gedişatı müşahidə olunur - Xəstəxanadan reportaj (VİDEO)

Cəmiyyət Materials 15 Oktyabr 2020 11:06 (UTC +04:00)
İndi COVİD-19-a yoluxanlarda xəstəliyin daha ağır gedişatı müşahidə olunur - Xəstəxanadan reportaj (VİDEO)

Bakı. İlhamə İsabalayeva - Trend:

Yay dövründə koronavirusa yoluxan xəstələrlə müqayisədə indi virusa tutulan şəxslərdə infeksiyanın daha ağır gedişatını müşahidə edirik.

Trend-in məlumatına görə, bunu Real TV-nin koronavirus xəstələrinin olduğu xəstaxanadan hazırladığı reportajda həkim-infeksionist Nazxanım Qasımova deyib.

Onun sözlərinə görə, yoluxma sayının artmasının səbəblərindən biri insanların karantin qaydalarına əməl etməməsi, dezinfeksiyaedici vasitələrdən istifadə etməməsidir. Digər səbəb isə mövsümün dəyişməsi ilə əlaqədar insanlarda immunitetinin aşağı düşməsidir.

Hazırda çalışdığı modul tipli xəstəxananın gücləndirilmiş iş rejimində işlədiyini deyən N.Qasımova qeyd edib ki, tibb müəssisəsinə daxil olan xəstələr daha çox yanaşı xəstəlikləri olanlardır.

Onun sözlərinə görə, insanın bir qədər tənəffüs sistemi xəstəliyi varsa və onda immunitet düşməsi halı baş verirsə, bu, onun koronavirusa yoluxma riskini artırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti