...

Azərbaycan Türkiyənin genişmiqyaslı ağacəkmə aksiyasına qoşulub (FOTO)

Cəmiyyət Materials 11 Noyabr 2020 16:39 (UTC +04:00)
Azərbaycan Türkiyənin genişmiqyaslı ağacəkmə aksiyasına qoşulub (FOTO)

Bakı İlhamə İsabalayeva - Trend:

Türkiyə Cümhuriyyəti Kənd Təsərrüfatı və Meşə Nazirliyinin təşəbbüsü ilə “Gələcəyə nəfəs ol!” şüarı altında keçirilən kütləvi ağacəkmə aksiyasına Azərbaycan da qoşulub.

Trend-in məlumatına görə, aksiya çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları tərəfindən Azərbaycanın bütün bölgələrində bu gün on minlərlə Eldar şamı, palıd, çinar, zeytun ağacları əkilib və meşəcinsli ağac toxumları səpilib.

Türkiyə və Azərbaycanın dövlət rəsmilərinin iştirakı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Kənd Təsərrüfatı Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyinin tərəfdaşlığı ilə Abşeron yarımadasının Xocasən qəsəbəsində də kütləvi ağacəkmə aksiyası keçirilib.

Aksiyada 11 hektar ərazidə 11 min müxtəlif cinsli ağac əkilib.

Qeyd edək ki, ETSN-nin təşkilatçılığı ilə ağacəkmə tədbirləri həm də Füzuli rayonunun işğaldan azad olunmuş Qarğabazar kəndinin ərazisində də baş tutub, əsasən Şərq çinarları əkilib və palıd toxumları səpilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti