...

Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün sınaq imtahanı keçiriləcək

Cəmiyyət Materials 17 Noyabr 2020 16:45 (UTC +04:00)
Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün sınaq imtahanı keçiriləcək

Bakı. İlhamə İsabalayeva – Trend:

Dövlət İmtahan Mərkəzində dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə elektron sınaq imtahanı keçiriləcək.

Mərkəzdən Trend-ə verilən məlumata görə, sınaq imtahanı AA, AB, AC, BA, BB qrupları üzrə 27 noyabr tarixində keçiriləcək.

İmtahanda iştirak etmək üçün onlayn qeydiyyat 26 noyabr saat 17:00-da başa çatacaq.

Sınaq imtahanında hər qrup üzrə uyğun olaraq əvvəlki imtahanlarda olan eyni test tapşırıqlarından istifadə ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti