...

Azərbaycanda boşananlar arasında 5 ilədək evli olanlar çoxluq təşkil edir - Statistika

Cəmiyyət Materials 25 Noyabr 2020 11:12 (UTC +04:00)
Azərbaycanda boşananlar arasında 5 ilədək evli olanlar çoxluq təşkil edir - Statistika

Bakı. İlhamə İsabalayeva – Trend:

Azərbaycanda boşananlar arasında nikahı 5 ilə qədər davam edənlər çoxluq təşkil edib.

Trend-in məlumatına görə, 2019-cu il ərzində Azərbaycanda 17148 boşanma qeydə alınıb.

Boşananların 5595-nin nikahı 5 ilə qədər, 4946-nun nikahı 5-9 il, 4518-nin nikahı 10-19 il, 2089-nun nikahı 20 il və daha çox davam edib.

Boşanmalar daha çox 30-34 yaşlı kişilər, 25-29 yaşlı qadınlar arasında qeydə alınır.

Ümumilikdə, 2019-cu ildə boşanan kişilərin birinin yaşı 18, 4-nün yaşı 19 olub.
Keçən il boşanan kişilərin 524 nəfəri 20-24 yaşlı, 3109-u 25-29 yaşlı, 4526-sı 30-34, 3415-i 35-39 yaşlı, 2117-i 40-44 yaşlı, 1361-i 45-49 yaşlı, 945-i 50-54 yaşlı, 596-sı 55-59 yaşlı, 515-i 60 və yuxarı yaşlı olub.

Ötən il boşanan qadınların 4-nün yaşı 18-dək, 31-nin yaşı 18 olub. Keçən il 19 yaşında boşanan qadınların sayı 137 nəfər olub. Nikah vəziyyəti 5 ilədək davam edərək boşanan qadınlar arasında 20-24 yaşlılar üstünlük təşkil edib. Ötən il 2025 nəfər 20-24 yaşlı qadın 5 ilədək davam edən nikahını ləğv etdirib.

Nikahları 5-9 il davam edən qadınlar arasında isə 25-29 yaşlılar çoxluq təşkil edib. Ötən il bu yaşda olan 2249 qadın boşanıb.

Nikahları 10-19 il davam edən qadınlar arasında isə 30-34 yaşlılar çox olub. 2018-ci ildə 1487 nəfər 35-39 yaşlı qadın boşanıb.

Nikahları 20 il və daha çox davam edən qadınlar arasında isə 45-49 yaşlılar üstünlük təşkl edib. Keçən il 526 qadın 20 il və daha çox davam edən nikahına son qoyub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti