...

Bu qida əlavələrinin qeydiyyatının aparılması nəzərdə tutulur

Cəmiyyət Materials 27 Noyabr 2020 16:47 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva – Trend:

Yeni hazırlanan “Qida təhlükəsizliyi haqqında” yeni qanun layihəsində bioloji fəallığa malik qida əlavələrinin qeydiyyatının aparılması nəzərdə tutulur.

Trend-in məlumatına görə, bunu Qida Təhlükısizliyi Agentliyinin Qida təhlükəsizliyi şöbəsinin müdiri Ramazan Nəbiyev deyib.

Onun sözlərinə görə, hazırda qanunvericilikdə belə qida əlavələrinin qeydiyyatının aparılması nəzərdə tutulmur.

R.Nəbiyev qeyd edib ki, “Qida təhlükəsizliyi haqqında” qanun layihəsi artıq razılaşdırılmaq üçün bir necə instansiyadan keçib və bu proses davam edir.

Agentlik rəsmisi əlavə edib ki, bioloji fəallığa malik qida əlavəsinin içlik vərəqəsində onun dərman vasitəsi olmadığı, “xəstəliyin müalicəsi üçün istifadə edilə bilməz”, “uşaqların əli çatmayan yerdə saxlanılmalıdır” ifadəsi və s. kimi təlimatlar mütləq şəkildə yazılmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti