...

Atam məni necə böyüdübsə, balamı da böyütsün - Şəhidlə olmayan müsahibə (FOTO)

Cəmiyyət Materials 7 Dekabr 2020 21:35 (UTC +04:00)
Atam məni necə böyüdübsə, balamı da böyütsün - Şəhidlə olmayan müsahibə (FOTO)

Bakı. Trend:

Azərbaycan yazıçısı Nərminə Məmmədzadə Trend Life-a ikinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş "Olmayan Bir Müsahibə ..." adlı silsilə materiallar təqdim edir.

Bu material Fərid Əliyevə həsr edilmişdir...

İçəri şəhərin divarları məni həmişə cəlb edirdi... Bəlkə də babam orda yaşayıb ona görə... Zəncirli mülkün gabağından keçəndə həmişə babamı xatırlayıram, ona səssiz salam göndərirəm. Amma indi oraları gəzəndə mən Fəridi də xatırlayacağam.

Şəhidin var, ay İçəri şəhər!

- Salam, Fərid...

- Salam.

- Bilirsən, iki ay öncə içəri şəhərə aid bir qısa hekaya yazdım... Hələki paylaşmamışam. Heç bilmirdim ki, bir gün səndən yazacağam...

- Sizə kim zənq vurdu?

- Tural, sonra da Azər müəllim, gonşunuz.

- Hə, Azər müəllim məni uşağligdan tanıyır.

- Eşitmişəm ki, sən Daşkəsəndə olanda sənin komandirin Polad Həşimovun özü olub?

- Hə, komandirim olub, gözəl insan, əvəzolunmaz biri...

- Fərid, deyəsən çox danışan deyilsən?

- O qədər də yox...

- Müharibənin tam axırınacan gedib çatmışdın... Çətin idi?

- Çətin deyildi, yəni ki, çətin sözü ora heç sığmaz... Oralar tam başgadır. Elə bil ki, ayrı bir həyat yaşayırsan.

- Anlayıram... Fərid boş vaxtlarını necə keçirdirdin?

- Şirvanşah sarayın yanında uşağlarla oturub söhbət edərdik. İçəri şəhərin özünə məxsus həyatı var...

- Düzdür, həmişə həsrətlə baxmışam...

- Nədən danışırdınız?

- Elə belə, həyatdan.

- Deyəsən sən daha çox qulaq asırdın?

- Düzdür (gülümsəyir)

- Mənə dedilər ki, səni güldürmək geyri mümkündür, amma bir az da olsa bacardım. Fərid, Şuşaya kimi getdın?

- Hə, ayın səkkizi dostuma zəng eləyib dedim, bizimkilərə çatdır ki mən salamatam... Əslində qələbəyə bir gün galmışdı, çata bilmədim, qismət... Dedim ki, evdəkilərə zəng edəcəyəm, amma sözümün üstündə dura bilmədim.

- Fəridin arzuları var idi?

- Bir-iki istəyim var idi. Maşın almaq və ikinci balamı görmək. Yenə də qismət olmadı...

- Fərid, atan ogluna sənin adını vermək istəyir. Deyir ki, sən onun yanına məhz belə gayıdacaqsan...

- Atam məni necə böyüdübsə, balamı da böyütsün.

- Onlara nə isə demək istəyərdin?

- Nə bilim... Elnarəyə deyin ki, özünə və oğullarıma yaxşı baxsın. Yeməsə hirslənəcəyəm (gülümsəyir).

- İkinci dəfə gülüşünü gördüm, ay Fərid.

- Atalar üçdən deyib (gülümsəyir), mən gedim, vaxtdır artıq...

O zaman zəng çalındı... Tural dedi ki, Fəridin qızı anadan oldu...

Bilmirəm Fərid məni eşitdi ya yox, amma pəncərəni açıb qışqırdım: Fərid, gözün aydın olsun, qız atası oldun!

Xəbər lenti

Xəbər lenti