...

"8 noyabr" stansiyası hazırdır - İlk görüntülər (VİDEO)

Cəmiyyət Materials 22 Dekabr 2020 10:32 (UTC +04:00)
"8 noyabr" stansiyası hazırdır - İlk görüntülər (VİDEO)

Bakı. Samir Əli - Trend:

Metronun tikintisi başa çatdırılan "8 noyabr" stansiyasından yeni görüntülər paylaşılıb.

Trend-in məlumatına görə, sosial şəbəkələrdə paylaşılan videoda stansiyada təmir işlərinin baş çatdığı görünür. Stansiyanın giriş turniketləri, eskalatorlar quraşdırılıb və sınaqdan keçirilir. Həmçinin metrostansiyanını platforması, qatarların hərəkət yolları da istifadəyə tam hazırdır.

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-ə bildirib ki, hazırda stansiya daxilində son tamamlanma işləri aparılır:

"Stansiyada əksər tikinti-quraşdırma işləri başa çatdırılıb. Hazırda infrastruktur qurulması işləri davam etdirilir. Tikinti işlərində pandemiya şəraitinin tələblərinə tam riayət edilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti