...

Güc birlikdədir: “Əsgərə dəstək” aksiyası ilə qazi və şəhid ailələrinə dəstək olundu və YAŞAT fonduna ianə edildi

Cəmiyyət Materials 28 Dekabr 2020 10:26 (UTC +04:00)
Güc birlikdədir: “Əsgərə dəstək” aksiyası ilə qazi və şəhid ailələrinə dəstək olundu və YAŞAT fonduna ianə edildi

Bakı. Trend:

Telekommunikasiya xidmətlərinin təminatçısı ENGİNET şirkəti “Güc BİRLİKdədir” şüarı ilə ölkəmizin ərazi bütövlüyü naminə döyüşən hərbçilərə və vətən uğrunda şəhid olmuş əsgərlərimizin ailələrinə dəstək oldu. Noyabr ayından etibarən elan olunan “Əsgərə dəstək” aksiyası çərçivəsində şirkətə məxsus olan BİRLink şəbəkəsinə noyabr ayı ərzində qoşulan bütün abunəçilərin ödənişlərini yaralanan həbçilərimizin və şəhid ailələrinin ehtiyaclarının qarşılanması nəzərdə tutulmuşdur.

Belə ki, Şirkət bu dövr ərzində toplanmış 20688 AZN (ƏDV xaric) vəsaitin şəhid və qazi ailələrinin bank hesablarına köçürülməsi işlərinə başlamışdır. Həmin məbləğdən beş qazi və şəhid ailəsinin hər birinə 1000 AZN civarında maddi yardım göstərilmiş və müəyyən ərzaq ehtiyacı təmin edilmişdir.

Daha sonra, ENGİNET şirkəti “Əsgərə dəstək” aksiyası çərçivəsində toplanan məbləğin qalan hissəsini yuvarlaqlaşdırıraraq 15 000 AZN olmaqla dekabrın 8-də Prezident İlham Əliyevin fərmanı ilə ölkəminizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatı məqsədilə yaradılmış “YAŞAT” fonduna ianə edilməsini uyğun bilmişdir.

Xatırladaq ki, “Güc BİRLİKdədir” şüarı ilə ENGİNET şirkəti 44 günlük Vətən müharibəsində Milli Ordumuza Silahlı Qüvvələrinə Yardım Fonduna vəsait köçürməklə dəstək olmuşdur. Bununla yanaşı, ENGİNET şirkəti Gəncədə 11 oktyabrda Ermənistan tərəfindən törəldilmiş terror nəticəsində xəsarət almış uşaqlara və onların ailələrinə yardım payları çatdırmışdır.

ENGİNET şirkəti Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçib şəhidlik zirvəsinə ucalan hərbçilərimizin əziz xatirəsini uca tutur və onların ruhuna ehtiram göstərir!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti