...

Azərbaycanda bu sahələrdə çalışan qadınların sayı kişilərdən çoxdur

Cəmiyyət Materials 29 Dekabr 2020 17:06 (UTC +04:00)
Azərbaycanda bu sahələrdə çalışan qadınların sayı kişilərdən çoxdur

Bakı. Elçin Mehdiyev – Trend:

2019-cu ilin statistikasına əsasən, Azərbaycanda səhiyyə və sosial xidmətlərin göstərilməsində qadınların sayı kişilərdən 54,8%, təhsildə 47,6% və istirahət, əyləncə və incəsənət fəaliyyətdə isə 23,3% çoxdur.

Trend-in məlumatına görə, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2019-cu il üzrə illik məlumatında əksini tapıb.

Məlumatda qeyd olunur ki, məşğul qadınların 82%-i iqtisadiyyatın 5 sahəsində çalışır. Bütün məşğul qadınların 42,1%-i kənd təsərrüfatında, 18,2%-i ticarət sektorunda, 11,7%-i təhsildə, 6,1%-i səhiyyə və sosial xidmətlərdə, 3,5%-i isə emal sənayesində işləyir.

Qadınlar siyasi sahədə də fəaliyyət göstərir. Hesabata əsasən, ölkədə rəsmi qeydiyyatdan keçmiş 61 siyasi partiyanın seçkili orqanları və rəhbər strukturlarında təmsil olunanların 23%-i qadındır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti