...

Xaricdə doktorantura təhsili üzrə sənəd qəbulu yanvarın 15-də yekunlaşacaq

Cəmiyyət Materials 5 Yanvar 2021 15:20 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva- Trend:

Xaricdə doktorantura təhsili üzrə sənəd qəbulu yanvarın 15-də yekunlaşacaq.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, xaricdə doktorantura təhsili ilə bağlı elan edilmiş 2021-ci il yaz semestri üçün sənəd qəbulu davam edir.

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsilinin maliyyələşdirilməsi ilə bağlı elan edilmiş sənəd qəbulu 15 yanvar saat 23:59-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti