Bakı. İlhamə İsabalayeva - Trend:
Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 31 iyul tarixli 2957 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nın müsabiqəli maliyyə yardımının göstərilməsinə dair müddəalarının yerinə yetirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) tərəfindən qəzet redaksiyalarına 2021-ci ilin I yarısı üçün maliyyə yardımının göstərilməsi ilə bağlı müsabiqə yekunlaşmışdır.
KİVDF-dən Trend-ə verilən məlumata görə, "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"nda müəyyən edilmiş 19 sahə üzrə keçirilmiş maliyyə yardımı müsabiqəsinə 25 qəzet redaksiyası tərəfindən sənəd təqdim edilmişdir.
Müsabiqə qaydalarına əsasən müstəqil ekspertlər tərəfindən həyata keçirilmiş qiymətləndirmənin nəticələrinə uyğun olaraq 19 ictimai-siyasi qəzetin maliyyələşdirilməsi ilə bağlı qərar qəbul olunmuşdur.
Fond tərəfindən 2021-ci ilin I yarısı ərzində aylıq maliyyə yardımı göstəriləcək ictimai-siyasi qəzetlərin siyahısı ilə fondun rəsmi saytında (kivdf.gov.az) tanış ola bilərsiniz.