...

NEQSOL Holding “YAŞAT” Fonduna 1,2 milyon manat vəsait köçürüb

Cəmiyyət Materials 6 Yanvar 2021 10:56 (UTC +04:00)
NEQSOL Holding “YAŞAT” Fonduna 1,2 milyon manat vəsait köçürüb

Bakı. Trend:

NEQSOL Holding-in qərarı ilə tərkibində olan Bakcell, Nobel Oil Services, Norm və s. şirkətlər Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda mübarizədə yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədi ilə “YAŞAT” Fonduna ümumilikdə 1,2 milyon manat məbləğində vəsait köçürüblər.

“YAŞAT” Fondu Azərbaycan Respublikası Prezidentinin 8 dekabr 2020-ci il tarixli Fərmanı ilə təsis olunub. Fondun məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılmasıdır.

Fondun vəsaitinin yaralıların müalicəsi, onlara və şəhid ailələrinə psixoloji dəstək, habelə məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı xərclərin maliyyələşdirilməsi üçün istifadəsi nəzərdə tutulur. Bundan əlavə, vəsaitin bir hissəsi həmin vətəndaşların təhsil almasına və yaradıcı potensialının inkişafına kömək göstərilməsi və digər sosial ehtiyaclar üçün nəzərdə tutulur.

NEQSOL Holding bütün şəhid ailələrinə dərin hüznlə başsağlığı verir və səbr diləyir, yaralıların tezliklə sağalmasını arzu edir.

NEQSOL Holding müxtəlif ölkələrdə neft-qaz, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupudur. NEQSOL Holding və tərkibindəki şirkətlər korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq müxtəlif tədbirlər və təşəbbüslərini davam etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti