Bakı. Trend:
Təqdim etdiyi kampaniyalar və məhsullarla sığorta bazarındakı müştərilərini hər zaman öndə tutan PAŞA Sığorta şirkəti 2020-ci ildə də təqdim etdiyi kampaniyalarla fərqlənməyi bacardı. Ötən ilin son ayında başlayan və xüsusilə avtomobil sahibi müştərilərin maraq dairəsində olan “Sərfəli KASKO ilə sevinc dolu hədiyyələr” kampaniyasının müddəti 31 yanvar tarixinə qədər uzadıldı. Kampaniya çərçivəsində könüllü avtomobil sığortası (KASKO) əldə edən fərdi müştərilər 500-2500 AZN sığorta haqqına malik olduğu təqdirdə 100 AZN nominallı, 2500 AZN və daha yüksək sığorta haqqı ödədikləri zaman isə 200 AZN nominallı yanacaq və ya alış-veriş kartını hədiyyə olaraq əldə edəcəklər. Əlavə alternativ olaraq müştərilərə qeyd edilən nominal məbləğlər həcmində sığorta haqqına endirimdən faydalanmaq fürsəti də verilir. Kampaniyaya onlayn müraciət: “Sərfəli KASKO ilə sevinc dolu hədiyyələr”
Davam etmə müddəti 31 yanvar tarixinə qədər uzadılan digər bir kampaniya isə “Sığortalı evimdə yeni il sürprizi” adlı əmlak sığortası kampaniyasıdır. Kampaniya şərtlərinə əsasən, “Yaşıl Bakı” könüllü əmlak sığortası məhsuluna daxil olan Zeytun, Çinar və Cökə paketlərindən birini əldə etməklə müştərilər həm evini sığortalayacaq, həm də PAŞA Sığortadan hədiyyə olaraq alış-veriş kartı qazanacaqlar. Kampaniyadan faydalanmaq istəyən müştərilər 99 AZN sığorta haqqı ilə Çinar, 149 AZN sığorta haqqı ilə Cökə və 199 AZN sığorta haqqı ilə Zeytun paketlərindən birini əldə etdiyi zaman, BRAVO marketlər şəbəkəsində müvafiq olaraq 30 AZN, 40 AZN və 50 AZN dəyərində alış-veriş kartını hədiyyə olaraq əldə edəcəklər. Eyni zamanda, əmlak sığortası üzrə tam könüllü əmlak sığortası məhsulu əldə edən müştərilərimizə də 50 AZN-dək alış-veriş kartı hədiyyə olaraq təqdim ediləcəkdir. Kampaniyaya onlayn müraciət: “Sığortalı evimdə yeni il sürprizi”
Kampaniyalardan yararlanmaq istəyən müştərilər *7000 – Sığorta Məsələhətləri xətti ilə əlaqə saxlaya və ya sosial media hesablarımız vasitəsilə ( https://www.facebook.com/pasha.insurance, https://www.instagram.com/pasha_insurance/ ) bizə müraciət edə bilərlər.