...

ƏƏSMN yanında İctimai şuranın üzvlüyünə dair keçiriləcək birgə səsvermə bağlı elan

Cəmiyyət Materials 11 Yanvar 2021 13:11 (UTC +04:00)
ƏƏSMN yanında İctimai şuranın üzvlüyünə dair keçiriləcək birgə səsvermə bağlı elan

Bakı. Trend:

Vətəndaş cəmiyyəti institutlarının nəzərinə çatdırılır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın birgə yığıncağında (səsvermə) iştirak etmək istəyənlər 12.01.2021-ci il tarixindən 30.01.2021-ci il tarixinədək (iş günləri saat 10.00-dan 17.00-dək) Nazirlik yanında İctimai şuranın Seçki Komissiyasına müraciət edə bilərlər. (Sənədlər Nazirliyin Sənədlərlə və vətəndaş müraciətləri ilə iş şöbəsinə təqdim edilməlidir. Ünvan: ƏƏSMN-nin inzibati binası, S.Əsgərova küç. 85)

Birgə yığıncaqda (səsvermə) hər bir vətəndaş cəmiyyəti institutundan bir nümayəndə iştirak edə bilər.

Səsvermədə iştirak üçün müraciətə (müraciətdə səsvermədə iştirak edəcək şəxsin əlaqə vasitələri, e-mail və digər zəruri məlumatları qeyd edilməlidir) vətəndaş cəmiyyəti institutları aşağıdakı sənədləri əlavə etməlidir:

  • səsvermədə iştirak edəcək nümayəndənin şəxsiyyət vəsiqəsinin surəti;
  • vətəndaş cəmiyyəti institutunu təmsil etdiyini təsdiq edən sənədin surəti;
  • təmsil etdiyi vətəndaş cəmiyyəti institunun dövlət qeydiyyatı ilə bağlı sənədin surəti.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuraya seçkiylə bağlı birgə yığıncaq (səsvermə) 09.02.2021-ci il tarixində saat 10.00-dan – 15.00-dək Nazirlikdə (II mərtəbə, iclas zalı) keçiriləcək.

Şəffaflığın təmin edilməsi məqsədilə səsvermənin videoçəkilişi aparılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti