...

Bu hərəkətlər avtoxuliqanlıq hesab olunacaq - Yeni qaydalar

Cəmiyyət Materials 22 Yanvar 2021 10:56 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda avtoxuliqanlıq hallarının müəyyən edilməsi qaydaları dəyişir. Trend-in məlumatına görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik Milli Məclisin yaz sessiyasında müzakirə ediləcək.

Hazırda İnzibati Xətalar Məcəlləsində avtoxuliqanlıq xətasının anlayışı geniş nəzərdə tutulduğu üçün təcrübədə çətinliklərə və fərqli şərhlərə səbəb olur. Layihədə avtoxuliqanlıq xətasının törədilmə üsulları dəqiq müəyyən edilir. Sürücü aşağıdakı əməlləri törətdikdə avtoxuliqanlıq etmiş sayılır:

aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışı həyata keçirdikdə;
avtomobili və ya motosikli bir və ya daha çox təkərini yolun səthindən qaldırmaqla idarə etdikdə;
avtomobili qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərini çıxardıqda və ya yolun səthində çoxsaylı təkər izlərini buraxdıqda.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti