...

DİM-in e-psixoloq.az elektron portalı fəaliyyətə başlayıb

Cəmiyyət Materials 1 Fevral 2021 16:30 (UTC +04:00)
DİM-in e-psixoloq.az elektron portalı fəaliyyətə başlayıb

Bakı. Trend:

Dövlət İmtahan Mərkəzinin (DİM) “Psixoloji xidmət” layihəsi çərçivəsində e-psixoloq.az elektron portalı fəaliyyətə başlayıb.

DİM-dən Trend-ə bildirilib ki, elektron səhifənin yaradılmasında əsas məqsəd:

- təhsilin və imtahan prosesinin psixoloji cəhətləri haqda əhalini maarifləndirmək;

- peşə seçimində abituriyentlərə kömək etmək;

- imtahan iştirakçılarına, valideynlərə, müəllim və pedaqoji heyətə psixoloji dəstək göstərməkdir.

Səhifədə artıq fərqli mövzularda məqalələr, maraqlı videoçarxlar və psixoloji testlər yerləşdirilib. Xüsusilə şəxsiyyət tipinin müəyyən olunması üzrə MBTİ testini cavablandırmaqla abituriyent öz güclü və zəif cəhətlərini, fərdi öyrənmə yanaşmasını, şəxsiyyət tipi üzrə statistik məlumatlarla tanış ola bilə və həyati qərarlarını daha da dəqiqləşdirə bilər.

Saytda, həmçinin “onlayn çat” vasitəsilə hər hansı sualla bağlı peşəkar psixoloqlara müraciət etmək imkanı var.

Bir müddət sonra səhifədə onlayn psixoloji xidmətin göstərilməsi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti