...

Abşeronda gənc qazilərlə görüş keçirildi - Şəhidlər Abidəsi ziyarət olundu (FOTO)

Cəmiyyət Materials 2 Fevral 2021 17:30 (UTC +04:00)
Abşeronda gənc qazilərlə görüş keçirildi - Şəhidlər Abidəsi ziyarət olundu (FOTO)

Bakı. Trend:

Bu gün “2 fevral – Azərbaycan Gəncləri Günü” münasibəti ilə Xırdalan şəhərindəki Şəhidlər Abidəsi ziyarət olunub, şəhidlərimizin əziz xatirəsi ehtiramla anılıb.

Bu barədə Trend-ə Abşeron RİH-nin mətbuat katibi Seymur Qasımov məlumat verib. Onun sözlərinə görə, tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, şəhid ailələri, qazilər, veteranlar, könüllülər və RİH yanında fəaliyyət göstərən İctimai Şuranın üzvləri iştirak edib.

İ.Gülməmmədova bildirib ki, Azərbaycan öz ərazi bötüvlüyünə şəhidlərimizin, qazilərimizin və ümumilikdə hərbçilərimizin sayəsində qovuşdu. Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin iradəsi, qətiyyəti və doğru qərarları sayəsində qələbə qazandığımızı önə çəkən RİH başçısı bununla da 30 ilə yaxın öz dədə-baba torpaqlarından uzaq düşən soydaşlarımızın vətən həsrətinə son qoyulduğunu deyib. Daha sonra İ.Gülməmmədova RİH binasında bir qrup gənc qazi və veteranla görüşüb, onların qayğıları, problemləri ilə maraqlanıb.

Müharibə iştirakçıları ölkədə şəhid ailələrinə, qazilərə və veteranlara diqqət və qayğının göstərildiyini qeyd edərək buna görə cənab Prezident İlham Əliyevə öz təşəkkürlərini bildiriblər.

Qazilər onları narahat edən məsələlərdən danışaraq işlə təmin olunmaqda və bir sıra sosial məsələlərdə köməklik göstərilməsini xahiş ediblər.

Müharibə iştirakçılarının qaldırdığı məsələlərin bir çoxu yerindəcə həll olunub. Müəyyən vaxt və vəsait tələb edən məsələlərlə bağlı isə aidiyyatı üzrə tapşırıqlar verilib.

Bundan sonra rayon ərazisində yaşayan və ümumilikdə 200-ə yaxın şəhid ailəsinə və qaziyə ərzaq bağlaması çatdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti