...

Doktoranturaya qəbul imtahanı verənlər buraxılış vərəqəsini çap edə bilərlər

Cəmiyyət Materials 10 Fevral 2021 12:48 (UTC +04:00)
Doktoranturaya qəbul imtahanı verənlər buraxılış vərəqəsini çap edə bilərlər

Bakı. İlhamə İsabalayeva - Trend:

Xarici dil üzrə doktoranturaya qəbul və xarici dil üzrə fəlsəfə doktoru, həmçinin əcnəbilər üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı verən şəxslər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, fevralın 14-də doktoranturaya xarici dil üzrə qəbul və fəlsəfə doktoru, fevralın 15-də isə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanları keçirəcək.

İştirakçılar “İmtahana buraxılış vərəqəsi” və “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni DİM-in saytından çap edə bilərlər. Sağlamlıq haqqında bəyannamə buraxılış vərəqi ilə bir yerdə çap olunur və namizəd tərəfindən imzalanır.

İmtahan binasına daxil olarkən namizədlərdən şəxsiyyəti təsdiq edən sənədin əsli, “İmtahana buraxılış vərəqəsi” və “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə” tələb olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti