...

Xınalıq yolunda qar uçqunu olub, hərəkət dayanıb

Cəmiyyət Materials 18 Fevral 2021 10:40 (UTC +04:00)
Xınalıq yolunda qar uçqunu olub, hərəkət dayanıb

Bakı. Samir Əli - Trend:

Quba rayonunun Xınalıq kəndinə gedən avtomobil yolunun 35-37 km hissəsində qar uçqunu olub.

Bu barədə Trend-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib. Məlumatda bildirilir ki, hadisə nəticəsində adıçəkilən yolda avtomobillərin hərəkəti məhdudlaşıb. Hazırda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunur.

Giləzi-Xızı avtomobil yolunda isə gecə saatlarında 2-3 sm qar yağıb, 4-5 dərəcə şaxta olub. Hal-hazırda yağıntı yoxdur, səhər saatlarından başlayaraq yola duz-qum qarışığı səpilir.

Yolda nəqliyyatın hərəkəti təmin olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti