...

Bu tarixlərdə ictimai nəqliyyat işləməyəcək - Nazirlər Kabineti

Cəmiyyət Materials 3 Mart 2021 22:26 (UTC +04:00)
Bu tarixlərdə ictimai nəqliyyat işləməyəcək - Nazirlər Kabineti

Bakı. Trend:

Azərbaycan ərazisində 6 mart saat 00:00-dan 9 mart saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılacaq.

Trend-in məlumatına görə, Nazirlər Kabineti bununla bağlı "Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə" qərarında müvafiq dəyişiklik edib.

Xatırladaq ki, bundan öncə "Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə" qərara əsasən, Azərbaycan ərazisində 6 mart saat 00:00-dan 8 mart saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılmalı idi.

Qeyd edək ki, 8 mart Qadınlar günü iş günü olmayan bayram günüdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti