...

Distant tədrisin tərəfdarı daha çoxdur - Sorğunun nəticəsi açıqlandı

Cəmiyyət Materials 1 Aprel 2021 15:16 (UTC +04:00)
Distant tədrisin tərəfdarı daha çoxdur - Sorğunun nəticəsi açıqlandı

Bakı. İlhamə İsabalayeva - Trend:

Təhsil Nazirliyinin pandemiyanın hazırkı mərhələsində ümumi təhsil müəssisələrinin fəaliyyətinin hansı formada təşkilinə dair aparılan sorğuda iştirak edənlərin çoxu tədrisin distant formaya keçirilməsinin tərəfdarı olduğunu açıqlayıb.

Trend-in məlumatına görə, onlayn qaydada keçirilən sorğuda ümumilikdə 50 612 rəy qeyd edilib.

Sorğuda iştirak edənlərin 17.2 faizi fəaliyyətin mövcud qaydada davam etdirilməsini, 45.7 faizi bütün siniflər üzrə tədrisin distant formaya keçirilməsini, 6.3 faizi yalnız 5-9-cu siniflər üzrə tədrisin distant formada olmasını dəstəkləyib.

İştirakçıların 19.5 faizi yoluxmanın daha çox olduğu bölgələrdə tədrisin distant, digərlərində isə ənənəvi formada davam etdirilməsinin tərəfdarı olduğunu söyləyib. İştirakçıların 11.3 faizi isə "Digər" bəndini seçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti