...

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü vəfat edib (FOTO)

Cəmiyyət Materials 13 Aprel 2021 21:44 (UTC +04:00)
Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü vəfat edib (FOTO)

Bakı. Samir Əli - Trend:

Azərbaycan Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü Çernin Eduard Mayoroviç bu gün vəfat edib.

Trend-in məlumatına görə, bu barədə Vəkillər Kollegiyası məlumat yayıb.

Məlumatda bildirilir ki, E. Çernin uzun müddət xəstəlikdən əziyyət çəkib. O bu gün dünyasını dəyişib.

Qeyd edək ki, Çernin Eduard 2017-ci ilin fevralında Azərbaycana ekstradisiya edilmiş Aleksandr Lapşinin vəkili olub.

Lapşin Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il azadlıqdan məhrum edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti