...

VISA Azərbaycan Beynəlxalq Bankını 2 dəfə mükafatlandırdı

Cəmiyyət Materials 15 Aprel 2021 15:31 (UTC +04:00)
VISA Azərbaycan Beynəlxalq Bankını 2 dəfə mükafatlandırdı

Bakı. Trend:

VISA Beynəlxalq Ödəniş Sisteminin regiondakı əsas tərəfdaşlarından olan Azərbaycan Beynəlxalq Bankı təşkilatın iki mükafatına layiq görülüb. Mükafatlardan biri Bankın VISA ilə tərəfdaşlıq çərçivəsində ölkəmizdə ilk dəfə olaraq dəmiryolu nəqliyyatında Bank kartları ilə təmassız ödəniş imkanı yaratması ilə bağlıdır. Bu layihə ötən ilin sentyabrında təqdim edilib. Yaxın zamanda Bakı–Sumqayıt istiqamətində bütün dəmiryolu stansiyalarında təmassız keçidin tətbiqi planlaşdırılıb.

VISA-nın Azərbaycan Beynəlxalq Bankına təqdim etdiyi daha bir mükafat isə NFC texnologiyası əsasında ödəniş üzüklərinin tətbiqi üzrə əməkdaşlığa aiddir. Xatırladaq ki, Bankın ölkəmizə gətirdiyi ilklərdən olan ödəniş üzüklərinin tətbiqinə ötən ilin əvvəlindən başlanıb. Bu üzüklər adi bank kartının bir çox funksiyalarını yerinə yetirir. VISA kartları ilə təmassız ödəniş aparmağın mümkün olduğu əksər yerlərdə bu üzüklərdən istifadə edib ödənişləri qısa zamanda həyata keçirmək olar. Ödəniş aparan zaman üzüyün üst hissəsini POS terminala yaxınlaşdırmaq kifayətdir. Bu zaman ödəniş əməliyyatı cəmi 1-2 saniyə ərzində başa çatır. Bankın NFC texnologiyasını dəstəkləyən yeni ATM-lərində də bu üzüklərdən istifadə etmək imkanı var. Üzük su keçirmədiyindən onu ağır zərbələrdən, kimyəvi maddələrin təsirindən qorumaqla həmişə barmaqda gəzdirmək olar.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının universal və faydalı məhsul və xidmətləri barədə məlumatları bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti