...

Azərbaycanda 1 541 nəfər COVID-19-a yoluxub, 29 nəfər vəfat edib

Cəmiyyət Materials 25 Aprel 2021 17:57 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 541 yeni yoluxma faktı qeydə alınıb, 2 245 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 313 006 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 279 179 nəfər müalicə olunaraq sağalıb, 4 371 nəfər vəfat edib, 29 456 aktiv xəstə sayı nəfərdir.

Ölkədə son sutka ərzində 11 492, hazırkı dövrədək isə 3 189 536 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti