...

Daha 80-ə yaxın jurnalist vaksinasiya olundu (FOTO)

Cəmiyyət Materials 26 Aprel 2021 16:36 (UTC +04:00)
Daha 80-ə yaxın jurnalist vaksinasiya olundu (FOTO)

Bakı. Elçin Mehdiyev – Trend:

Bu gün 80-ə yaxın jurnalist vaksinasiya olunub.

Bunu Trend-ə Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

Ə.Amaşov bildirib ki, ümumilikdə 300-ə yaxın jurnalist vaksinasiya edilib:

“Vaksinasiya prosesi həftə boyunca davam edəcək. Vaksinasiya üçün müraciət edən jurnalistlərin sayı artmaqdadır. Artıq 600-ə qədər jurnalist vaksinasiya olunmaq üçün müraciət edib. Vaksinasiya olunmaq istəyən bütün jurnalistlər vaksin olunana qədər bu prosesi davam etdirəcəyik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti