...

Özünüməşğulluq proqramına əsasən həssas qruplardan olanlar, qadınlar və gənclər cəlb edilir

Cəmiyyət Materials 27 Aprel 2021 12:56 (UTC +04:00)
Özünüməşğulluq proqramına əsasən həssas qruplardan olanlar, qadınlar və gənclər cəlb edilir

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən icra olunan özünüməşğulluq proqramına cari ilin birinci rübündə 3500-dək şəxs cəlb olunub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, proqramın icrasında sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlara üstünlük verilir.

Yanvar-mart aylarında proqramın əhatə etdiyi şəxslərin də böyük əksəriyyəti şəhid ailələrinin üzvləri, əlilliyi olan şəxslər, keçmiş məcburi köçkünlər, ünvanlı sosial yardım alan ailələrin üzvləri, qadınlar və gənclərdir.

Proqrama cəlb olunanlara təlimlər keçirildikdən sonra biznes planlarına uyğun olaraq onlara mal və materiallar formasında aktivlər verilməklə, kiçik ailə təsərrüfatları yaradılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti