Qubadlı. Ceyhun Ələkbərov - Trend:
Bu günə kimi Qubadlıda Kənd Təsərrüfatı Nazirliyi və "Azərsun" şirkətinin sifarişi ilə 3 milyon 167 min kvadratmetr ərazi təmizlənib.
Bunu Trend-in Qarabağ bürosuna Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) bölmə rəhbəri Bəhruz Namazov deyib.
Onun sözlərinə görə, Qubadlıda yarımstansiyanın tikiləcəyi yer minalardan təmizlənib. Sözügedən sahə 24 min kvadratmetr ərazini əhatə edir:
""Azərenerji"nin müraciəti əsasında Qubadlı rayonunun girişində yarımstansiyanın inşası üçün 24 min kvadratmetr ərazi minalardan təmizlənib. Əlavə olaraq burada “Azərişıq” ASC-nin müraciəti ilə işıq xəttinin çəkilməsi üçün 39 min kvadratmetr ərazi ANAMA tərəfindən təmizlənib”.
Qeyd edək ki, Qubadlı rayonu ərazisində dekabr ayının 14-dən minatəmizləmə əməliyyatlarına start verilib.
Twitter: @JeyhunAlakbar