...

I sinfə şagird qəbulu müvəqqəti dayandırılır

Cəmiyyət Materials 8 May 2021 13:06 (UTC +04:00)
I sinfə şagird qəbulu müvəqqəti dayandırılır

Bakı. Elçin Mehdiyev -Trend:

Birinci sinfə şagird qəbulu üzrə elektron portal (www.mektebeqebul.edu.az) bayram günlərində fəaliyyətini müvəqqəti dayandıracaq.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, portal 8 may 18:00-dan 16 may saat 09:00-dək aktiv olmayacaq.

Qeyd edək ki, aprelin 27-dən 2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilib. Şagirdlərin qəbulu prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti