...

Şagirdlər uzun fasilədən sonra yenidən məktəbə yollanıb (FOTO)

Cəmiyyət Materials 17 May 2021 09:29 (UTC +04:00)
Şagirdlər uzun fasilədən sonra yenidən məktəbə yollanıb (FOTO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bu gündən etibarən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunda yerləşən əyani tədris qismən bərpa edilib.

Trend-in məlumatına görə, Təhsil Nazirliyi kollegiyasının müvafiq qərarına əsasən, bu gündən etibarən Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda yerləşən ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq mərhələsində və ümumi orta təhsil səviyyəsində (V-IX siniflərdə) tədris həftədə 2 dəfə, ibtidai təhsil səviyyəsində isə (I-IV siniflərdə) həftədə 3 dəfə olmaqla əyani formada təşkil ediləcək.

Qeyd edək ki, aprelin 5-dən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi distant (məsafədən) formada təşkil edilmişdi.

Uzun fasilədən sonra şagirdlərin yenidən məktəbə yollanması fotoqraf Zaur Mustafayevin obyektivində.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti