...

Serbiya mediasında Respublika Günündən bəhs edilib

Cəmiyyət Materials 29 May 2021 23:38 (UTC +04:00)
Serbiya mediasında Respublika Günündən bəhs edilib

Trend-i buradan izləyin

Bakı. Trend:

Serbiyada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Zərifə Əlizadənin təşəbbüsü ilə https://www.danas.rs xəbər portalında 28 may –Respublika Günündən bəhs edən məqalə yayımlanıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, məqalədə 103 il öncə Azərbaycanın dövlətçilik tarixində əlamətdar hadisənin baş verdiyinə, müsəlman dünyasında ilk dünyəvi, demokratik, çoxpartiyalı sistemə malik Azərbaycan Demokratik Respublikasının (ADR) qurulduğuna diqqət cəlb edilib. ADR-in yaranma tarixi və fəaliyyəti barədə müfəssəl məlumat verilib, dövlət atributlarının, demokraik institutların yaradılması, fundamental azadlıqların təmin olunması istiqamətində əldə edilən nailiyyətlər sadalanıb.

Dahi siyasətçi və görkəmli dövlət xadimi Heydər Əliyevin ADR-in siyasi və hüquqi varisi olan müasir Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi və dönməzliyinin təmin olunmasında misilsiz xidmətlər göstərdiyi, Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qürur hissi ilə Qarabağa böyük qayıdışa hazırlaşdığı nəzərə çatdırılıb.

Məqaləni daha ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür: https://www.danas.rs/svet/azerbejdzan-obelezava-dan-republike-28-maja/?fbclid=IwAR0mM_8rqFIOcYpW7JKv3cO3kujchp-D5BCgpRk2XmCzVewClkF2D_wwl

Məqalədə:
Xəbər lenti

Xəbər lenti