...

Xəzərə çirkab su axıdan şirkət cəzalandırıldı

Cəmiyyət Materials 1 İyun 2021 18:21 (UTC +04:00)
Xəzərə çirkab su axıdan şirkət cəzalandırıldı

Bakı. Trend:

Xəzər rayonu Buzovna qəsəbəsi ərazisindən boru kəməri vasitəsilə çirkab suyun Xəzər dənizinə axıdılması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.

Xidmətin rəsmisi Ramal Bağırov Trend-ə bildirib ki, boru xəttindən axan sudan nümunələr götürülərək bioloji, kimyəvi analizlər aparılıb və suda ammonium ionlarının 18.8, asılı bərk hissəciklərin 25.6, sintetik səthi aktiv maddələrin isə 2.1 dəfə normadan artıq olduğu məlum olub.

“Araşdırma zamanı boru kəməri vasitəsilə Xəzər dənizinə axıdılan çirkab suyun Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 7 saylı Xüsusi Yol İstismarı MMC-nin ərazisində formalaşdığı və təmizlənmədən nasoslar vasitəsilə boruya vurulduğu müəyyən edilib. Faktla bağlı akt, protokol tərtib olunub və sözügedən MMC-nin hüquqi şəxs qismində cərimələnməsi üçün toplanmış materiallar məhkəməyə göndərilib”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti