...

Azərbaycanda bu il 39 mindən çox körpə doğulub

Cəmiyyət Materials 14 İyun 2021 17:19 (UTC +04:00)
Azərbaycanda bu il 39 mindən çox körpə doğulub

Bakı. Elçin Mehdiyev – Trend:

Bu il Azərbaycanda yeni doğulan körpələrin sayı məlum olub.

Trend-in məlumatına görə, cari ilin yanvar-aprel aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 39 728 doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 12,1 təşkil edib.

Doğulanların 53,0 faizi oğlan, 47,0 faizi isə qız uşaqlarıdır. Körpələrdən 974-ü əkiz, 27-si isə üçəm olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti