...

Xəzər rayonunda şəhid ailəsi ziyarət edilib (FOTO)

Cəmiyyət Materials 17 İyun 2021 17:24 (UTC +04:00)
Xəzər rayonunda şəhid ailəsi ziyarət edilib (FOTO)

Bakı. Trend:

İyunun 17-də Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatının və Xəzər rayon İcra Hakimiyyətinin nümayəndələri Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Məmmədzadə Bəhram Elman oğlu və Məmmədzadə İmam Elman oğlunun ailəsini ziyarət ediblər.

Trend xəbər verir ki, Xəzər rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov və millət vəkili Rauf Əliyev şəhid ailəsinin vəziyyəti ilə maraqlanıb, ailəsinə qəhrəman oğullar böyütdüklərinə görə təşəkkür edilib.

Yeni Azərbaycan Partiyasının nümayəndələri bildiriblər ki, Azərbaycan dövləti öz oğullarının qəhrəmanlıqlarını yüksək qiymətləndirir və bunu heç zaman unutmayacaq.

Qeyd edək ki, ziyarət zamanı Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatı tərəfindən şəhid ailəsinə ərzaq yardımı edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti