...

MDU-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş konfransın materialları dərc olunub (FOTO)

Cəmiyyət Materials 23 İyun 2021 20:48 (UTC +04:00)
MDU-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş konfransın materialları dərc olunub (FOTO)

Bakı. Trend:

2021-ci ilin 4 may tarixində Mingəçevir Dövlət Universitetində (MDU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Vətən Müharibəsində qazandığımız tarixi zəfər Heydər Əliyev siyasətinin təntənəsidir” mövzusunda onlayın fotmatda keçirilən elmi-nəzəri konfransın materialları kitab şəklində dərc olunub.

Kitabda MDU-nun akademik heyət üzvlərindən dosent Nizami Zeynalovun “Azərbaycan tarixi irsinin qorunmasında Heydər Əliyev fenomeni”, baş müəllim Nazim Niftəliyevin “Müzəffər və rəşadətli Azərbaycan Ordusu Heydər Əliyev siyasətinin təntənəsidir”, müəllim Liliya Süleymanovanın “Heydər Əliyev və Azərbaycan energetikası”, baş müəllim Mehriban Kərimovanın “Heydər Əliyev və Azərbaycan iqtisadiyyatının inkişafı”, dosent Vüqar Mustafayevin “Azərbaycanın metallurgiya sənayesinin inkişaf tarixində Heydər Əliyev dövrü”, müəllim Səadət Ağakişiyevanın “Heydər Əliyev və ədəbiyyat” mövzularında tezis və məqalələri yer alıb.
Qeyd edək ki, MDU-da ümummilli lider Heydər Əliyevə həsr olunan elmi tədbirlərin keçirilməsinə xüsusi diqqət yetirilir. Dahi şəxsiyyətin irsinin araşdırılması və tələbə gənclərə ötürülməsi universitetdə vətəninə, dövlətinə və xalqına bağlı, layiqli, vətənpərvər mütəxəssislərin yetişdirilməsi işinə böyük töhfə verir.
Konfransın materialları: https://mdu.edu.az/images/pdf/Konfrans23062021.pdf

Məqalədə:
Xəbər lenti

Xəbər lenti