...

Azərbaycanda 87 nəfər koronavirusa yoluxub, 3 nəfər ölüb

Cəmiyyət Materials 29 İyun 2021 20:44 (UTC +04:00)
Azərbaycanda 87 nəfər koronavirusa yoluxub, 3 nəfər ölüb

Bakı. Trend:

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 87 yeni yoluxma faktı qeydə alınıb, 70 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, 3 nəfər ölüb.

Azərbaycanda indiyədək ümumilikdə 335 961 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 330 193 nəfər müalicə olunaraq sağalıb, 4 973 nəfər vəfat edib, aktiv xəstə sayı 795 nəfərdir.

Ölkədə son sutka ərzində 7238, hazırkı dövrədək isə 3 740 432 test aparılıb.

Xəbər lenti

Xəbər lenti