...

Koronavirusa qarşı əhalinin peyvəndlənməsi üzrə BƏƏ liderdir

Cəmiyyət Materials 5 İyul 2021 03:08 (UTC +04:00)
Koronavirusa qarşı əhalinin peyvəndlənməsi üzrə BƏƏ liderdir

Bakı. Trend:

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Seyşel adalarını ötərək koronavirusa qarşı əhalinin peyvəndlənməsi üzrə dünyada birinci oldu.

Trend-in məlumatına görə, 10 milyona yaxın əhalisi olan ölkə sakinlərinin artıq 72,1 faizi aşılanıb. Seyşel adalarında eyni göstərici 71,7 faiz təşkil edir.

BƏƏ-də peyvəndlənmə ölkə daxilində istehsal olunan Çinin "Sinopharm" preparatı ilə həyata keçirilir. Bundan əlavə "Moderna", "Pfizer" və "Astra Zeneca" peyvəndlərinin istifadəsinə icazə var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti