Bakı. Trend:
Türkiyə və Azərbaycan işğaldan azad edilmiş ərazilərdə radioloji tədqiqatlar aparacaq.
Bu barədə Trend-ə Türkiyə hökumətindəki mənbə bildirib.
Bununla yanaşı Azərbaycanın işçğaldan azad edilən ərazilərində radiometrik tədqiqatların da aparılması nəzərdə tutulur.
Qeyd olunub ki, radiometrik və radioloji tədqiqatların aparılacağı ərazilər Azərbaycan tərəfindən müəyyən ediləcək:
"Radiometrik və radioloji tədqiqatlar Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyi, Türkiyə Enerji, Nüvə və Mədən Araşdırma Təşkilatı (TENMAK), Mineral Tədqiqat və Kəşfiyyat Baş Direktorluğu (MTA) tərəfindən aparılacaq".