...

Bakıda yeri görünən işıq dirəkləri: Qəza zamanı aşmış dirəklər nə vaxt yerinə qoyulacaq? (FOTO)

Cəmiyyət Materials 19 İyul 2021 09:31 (UTC +04:00)
Bakıda yeri görünən işıq dirəkləri: Qəza zamanı aşmış dirəklər nə vaxt yerinə qoyulacaq? (FOTO)

Bakı. Çingiz Səfərli - Trend:

Bakının bir çox prospekt və küçələrində qəza zamanı aşmış işıq dirəklərinin yeri uzun müddətdir boşdur.

Məsələ ilə bağlı Bakı Şəhər İşıqlandırma İdarəsindən Trend-ə bildirilib ki, dirəklər xaricdən sifariş edildiyi üçün gətirilməsi müəyyən qədər vaxt aparır:

"Küçələrdə işıq dirəkləri əsasən yol nəqliyyat hadisəsi zamanı aşır və ya müəyyən ziyan dəyir. Yeni dirəklərin qoyulması və zədələnmiş dirəklərin bərpası üçün müvafiq qurumlar tərəfindən məhkəmə orqanlarına müraciət olunur. İcbari sığorta qaydasında qəzanı törətmiş şəxs tərəfindən dəymiş zərər kompensasiya edilir. İşıq dirəkləri xaricdən sifariş edilir. Bu səbəbdən də gətirilməsi müəyyən qədər vaxt aparır. İşıq dirəkləri aşdığı zaman, içərisindəki naqillərlə bağlı təhlükəsizliyin təmin edilməsi üçün isə həmin yerin üzəri xüsusi qapaqlarla örtülür".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti