Bakı. Trend:
Tokio olimpiadasının əsas sponsorlarından biri olan Yaponiyanın ən böyük avtomobil şirkəti "Toyota Motor"un prezidenti Akio Toyoda yarışların açılış mərasimində iştirak etməkdən imtina edib.
Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bundan əlavə "Toyota Motor" şirkətin imicinə zərər verməmək üçün Yaponiyada keçiriləcək olimpiada ilə əlaqədar televiziya reklamlarını yayımlamağı planlaşdırmır.
Tokio olimpiadası 24 iyul-9 avqust 2020-ci il tarixlərində keçirilməli idi. Pandemiya səbəbindən yarışlar bir il təxirə salındı və 23 iyul - 8 avqust tarixlərində keçiriləcək.