...

BDU-nun dosenti vəfat edib

Cəmiyyət Materials 20 İyul 2021 10:06 (UTC +04:00)
BDU-nun dosenti vəfat edib

Bakı. Trend:

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Azərbaycan dilçiliyi kafedrasının dosenti Yaşar Əliş oğlu Məmmədli vəfat edib.

Bu barədə Trend-ə universitetdən məlumat verilib.

64 yaşında dünyasını dəyişən Yaşar Məmmədli 1979-1985-ci illərdə BDU-nun Filologiya fakültəsində təhsil alıb. 1990-cı ildən Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətə başlayıb. 2006-cı ildən BDU-nun Filologiya fakültəsinin Azərbaycan dilçiliyi kafedrasının dosentidir.

Allah rəhmət eləsin!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti