...

Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb

Cəmiyyət Materials 21 İyul 2021 19:18 (UTC +04:00)
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 15 025 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 452, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9 573 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 4 398 900, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 597 118, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 801 782 təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti